15 Sentyabr 23:12 Azərbaycan yığmasından növbəti qələbə
FUTBOL xəbərləri 15 Sentyabr 23:12
1026 baxış

Azərbaycan yığmasından növbəti qələbə

15 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasi növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis Sissi Raytın yetirmələri 9 saylı Səbail İdman Məktəbinin oğlanlardan təşkil olunmuş U-13 komandası ilə qarşılaşıblar. Millimiz bu görüşdə 2:1 hesabı ilə qalib gəlib. U-15-in heyətində Əminə Heydərova və Aysun Əliyeva fərqləniblər.

Qeyd edək ki, qızlardan ibarət yığma bir neçə gün əvvəl “Vətən” klubunun nəzdindəki oğlanlardan təşkil olunmuş U-13 komandasını da eyni hesabla məğlub etmişdi.

Xəbər lenti