7 İyul 10:23 Azərbaycana bəh-bəhlə gətirilən futbolçu klub axtarışında
FUTBOL xəbərləri 7 İyul 10:23
1566 baxış

Azərbaycana bəh-bəhlə gətirilən futbolçu klub axtarışında

Bakı “İnter”indən ayrılmış əksər futbolçular özlərinə klub tapdıqları halda, bəziləri hələ də axtarışdadılar. Apasport.az saytı xəbər verir ki, bunların sırasında Azərbaycana bəh-bəhlə gətirilən Ruben Şaken də var.

 

“İnter”lə il yarımlıq müqavilə imzalayan, lakin cəmi 6 ay “bankirlər”in formasını geyinən Şakenin karyerasını Hollandiyada davam etdirmək variantı var. Belə ki, onun yeni klubunun adının növbəti həftədə müəyyənləşəcəyi gözlənilir. Şakenin övladları “Herenven”in uşaq komandasında çıxış etdiyindən, Hollandiya mətbuatı onun özünün də bu kluba keçəcəyini istisna etmir. İstənilən halda, Şakenin Erediviziya təmsilçilərindən biri ilə müqavilə bağlayacağı real görünür.

 

“İnter”dən ayrılıb, klub axtarışında olan futbolçulardan biri də Matiya Şpiçiçdi. Hazırda azad agent statusu daşıyan xorvatiyalı müdafiəçi tələsmək istəmir. Şpiçiç əməkdaşımızla söhbətində bir neçə təklif aldığını, ancaq qəbul etmədiyini bildirib. 

Xəbər lenti

Xəbər lenti