4 Sentyabr 12:09 “Azərbaycana qalib gəlsəydik...” - Domaqoy Vida
FUTBOL xəbərləri 4 Sentyabr 12:09
1726 baxış

“Azərbaycana qalib gəlsəydik...” - Domaqoy Vida

“Azərbaycanla oyun bizim üçün ağır keçdi. Həm meydançanın durumu, həm də havanın rütubətli olması işimizi çətinləşdirdi. Ancaq bu bizə bəraət qazandırmır”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Xorvatiya millisinin futbolçusu Domaqoy Vida deyib.

 

AÇ-2016-nın seçə mərhələsi çərçivəsində yığmamızla oyundan (0:0) sonra ölkəsinin mətbuatına danışan Vida məyusluğunu gizlətməyib.

 

Kiyev “Dinamo”sunun formasını geyinən 26 yaşlı müdafiəçi bildirib ki, Bakıdakı nəticədən sonra Norveçlə görüşün əhəmiyyəti bir qədər də artıb: “Rəqib haqda xoş sözlər deməliyəm. Azərbaycan yığması yaxşı oyun göstərdi. Özümüzdə də səhvlər oldu, son nöqtəni qoya bilmədik. Norveçlə matçda vəziyyəti düzəltməliyik. Əlimizə yaxşı imkan düşmüşdü. Azərbaycana qalib gəlsəydik, Avropa çempionatının final mərhələsinə bir addım da yaxınlaşacaqdıq. Ancaq oyun istədiyimiz kimi getmədi və buna görə də, qələbə qazana bilmədik. Artıq Norveçlə görüşü düşünməliyik”.

 

Qeyd edək ki, 2010-cu ildən Xorvatiya millisinə çağırılan Vida yığmada bu vaxta qədər 30 oyunda 1 qol vurub. 

Xəbər lenti