14 Oktyabr 12:08 “Azərbaycana qarşı aqressiv oynadıq” - Svetoslav Dyakov
FUTBOL xəbərləri 14 Oktyabr 12:08
352 baxış

“Azərbaycana qarşı aqressiv oynadıq” - Svetoslav Dyakov

“Azərbaycanı məğlub etməyimiz çox yaxşı oldu. Amma bununla kifayətlənmək olmaz”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstan yığmasının yarımmüdafiəçisi Svetoslav Dyakov deyib.

 

AVRO-2016-nın seçmə mərhələsinin Azərbaycan yığması ilə son matçını dəyərləndirən 31 yaşlı futbolçu qələbəyə doyunca sevinə bilmədiklərini əlavə edib: “Bu cür oynamaqda davam etməliyik. Azərbaycan önündə aqressiv və açıq futbol sərgilədik, bunun da nəticəsini gördük. Oyunumuza daha çox azarkeş gəlsəydi, peşman olmazdı. Çünki baxımlı futbol göstərdik və layiqli qələbə qazandıq. Amma seçmə mərhələdə ümumi qazandığımız xallara baxanda sevinə bilmirəm”.

 

Dyakov baş məşqçi İvaylo Petevin istefaya göndəriləcəyi ilə bağlı xəbərlərə də münasibət bildirib: “Komandaya yeni baş məşqçinin gətiriləcəyini eşitdim. İvaylo Petevi çox yaxşı tanıyıram. O, güclü mütəxəssisdi. Petev layiq olmadığı qədər tənqid edilir. Bolqarıstan Futbol Federasiyası gərək ona dəstək versin”.

 

Qeyd edək ki, Bolqarıstan – Azərbaycan oyunu birincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər lenti