7 Oktyabr 12:27 “Azərbaycana qarşı da belə oynamalıyıq”
FUTBOL xəbərləri 7 Oktyabr 12:27
455 baxış

“Azərbaycana qarşı da belə oynamalıyıq”

“Qarşıda bizi AVRO-2016-nın seçmə mərhələsinin son iki oyunu gözləyir. Xorvatiya və Azərbaycanla görüşlər öncəsi əhval-ruhiyyəmizin yüksək olmağını istəyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstan millisinin futbolçusu İvelin Popov deyib.

 

O bildirib ki, AVRO-2016-nın oktyabrın 10-da Xorvatiya, 13-də Azərbaycana qarşı keçiriləcək qarşılaşmalarda uğurlu nəticəyə ümid edir. Popov komandasının ən yaxşı oyununu göstərməsi istəyindədi: “Bütünlüklə bu matçlara köklənməliyik. Xorvatiya və Azərbaycana qarşı İtaliya ilə ilk matçda nümayiş etdirdiyimiz futbolu oynamalıyıq. Sofiyadakı gəmin qarşılaşmada çox yaxşı oynamışdıq. Görüş isə 2:2 hesabı ilə başa çatdı. Mən həmin oyunu təkrarlamağımız iddiasındayam. Ətrafımızdakıların bizi müsbət nəticə ilə təbrik etmələrini istəyirəm. Komandamız da bunu gerçəkləşdirməlidi. Bunun üçün hazırlıq keçir, azarkeşlərimizi sevindirməyə çalışırıq”.

 

Qeyd edək ki, Bolqarıstan – Azərbaycan oyunu Sofiyanın Vasil Levski stadionunda baş tutacaq.

 

Xəbər lenti