26 Avqust 00:43 Azərbaycanda çalışmış baş məşqçi Türkiyə Superliqasında
FUTBOL xəbərləri 26 Avqust 00:43
783 baxış

Azərbaycanda çalışmış baş məşqçi Türkiyə Superliqasında

Bir zamanlar Azərbaycanda “Turan Tovuz” klubunu çalışdırmış türk əsilli bolqar mütəxəssis Naci Şensoy karyerasını Türkiyə Superliqasında davam etdirəcək. Apasport.az saytının məlumatına görə, çılğın xarakteri ilə yadda qalmış baş məşqçi “Gənclərbirliyi”nin baş məşqçisi olacaq.

 

Belə ki, uzun müddətdi Ankara klubunda çalışan mütəxəssis şotlandiyalı baş məşqçi Stüart Baksterin köməkçisi idi. Superliqada yeni mövsümün ilk iki turunda xal qazana bilməyən paytaxt klubunda britaniyalı mütəxəssisin qovulmasından sonra komanda Şensoya əmanət edilib.

 

Onun bu vəzifədə nə qədər qalacağı hələ ki bəlli deyil.

 

Qeyd edək ki, 2014-cü ildən Ankara klubunda çalışan Naci Şensoy bu müddətdə Mustafa Kaplan, Məsut Bakkal və Stüart Baksterin köməkçisi olub.