15 Oktyabr 15:55 Azərbaycanda işləmiş məşqçini duz-çörəklə təqdim etdilər - FOTO
FUTBOL xəbərləri 15 Oktyabr 15:55
840 baxış

Azərbaycanda işləmiş məşqçini duz-çörəklə təqdim etdilər - FOTO

Azərbaycanda işləmiş türkiyəli məşqçi Naci Şensoy fəaliyyətini yenidən Bolqarıstanda davam etdirəcək. Apasport.az saytı xəbər verir ki, “Pirin”lə müqavilə bağlayan 57 yaşlı çalışdırıcı bu komandanın baş məşqçisi kimi ictimaiyyətə təqdim olunub.

 

Şensoyun təqdimat mərasimi qeyri-adi keçib. Belə ki, klub rəsmiləri onu duz-çörək və şirniyyatla qarşılayıblar. Bunların dadına baxdıqdan sonra isə Şensoyun təqdimatı keçirilib.

 

İkinci dəfə “Pirin”i çalışdıracaq təcrübəli məşqçi “Çox şadam ki, Blaqoevqrada qayıtdım. Burdakı ilk fəaliyyətimdə böyük iş görüb, kubokun finalına çıxmışdıq. Bu dəfə də işim çətin olacaq. Ancaq mən çətinliklərə sinə gəlməyi bacarıram. Komandada çox iş görülməli, futbolçuların psixoloji vəziyyəti düzəlməlidi” - deyib.

 

Bolqarıstan çempionatının cari mövsümündə 11 turdan sonra cəmi 4 xal toplayan “Pirin” turnir cədvəlinin sonuncu (10) pilləsində qərarlaşıb. 

 

Qeyd edək ki, 2002/2003 və 2004/2005 mövsümlərində “Turan”ı çalışdırmış Şensoy həmçinin, “Lokomotiv” (Plovdiv), “Vihren”, “Bilis”, “Kukesi” və “Gənclərbirliyi” klublarında fəaliyyət göstərib. 

Xəbər lenti