16 Oktyabr 16:41 “Azərbaycandan gələn təklifi qəbul etmədim” - FOTO
FUTBOL xəbərləri 16 Oktyabr 16:41
1284 baxış

“Azərbaycandan gələn təklifi qəbul etmədim” - FOTO

“Şərq ölkələrindən təkliflər almışdım. Amma mənə düşən vəzifəni yerinə yetirərək, həmin qəribə təklifləri qəbul etmədim”. Apasport.az saytı Belçika mətbuatına istinadən xəbər verir ki, bu sözləri seneqallı futbolçu Mbaye Leye deyib.

 

“Sulte-Varegem” klubunda çıxış edən hücumçu maraqlı fikirlər səsləndirib.

 

Belçika mətbuatına geniş müsahibə verən Leye Azərbaycandan təklif aldığını bildirib. Bundan öncə isə o, hazırkı komandasındakı uğurlu çıxışından danışıb: “İlk oyunlarda 6 qol vurub, 2 qol ötürməsi verəcəyimi gözləmirdim. Amma mən özümdən məhz bu cür nəticəni tələb edirdim. “Sulte-Varegem”ə qayıtdığım üçün şadam. Bu müddətdə mənə müxtəlif təkliflər gəldi. Azərbaycan və Çindən təklif alsam da, qəbul etmədim. Karyeramı şərq ölkələrində davam etdirmək fikrim yox idi. Özümü fiziki cəhətdən hazır hesab etdiyimdən, Belçikadan ayrılmamağa qərar verdim”.

 

Qeyd edək ki, fasilələrdə artıq 3-cü dəfə “Sulte-Varegem”in formasını geyinən Leye Belçikanın həmçinin “Gent”, “Standard” və “Lokeren” klublarında çıxış edib. 

Xəbər lenti