31 Avqust 11:07 “Azərbaycandan geri qalırıq” – Bolqarıstan millisinin baş məşqçisi
FUTBOL xəbərləri 31 Avqust 11:07
6757 baxış

“Azərbaycandan geri qalırıq” – Bolqarıstan millisinin baş məşqçisi

“Bizim klubların bu mövsüm Avrokubokdakı çıxışı məni çox məyus etdi. Azərbaycan və Qazaxıstan kimi ölkələr qrupda təmsil olunacaqlar”. Apasport.az saytının məlumatına görə, bunu Bolqarıstan millisinin baş məşqçisi İvaylo Petev deyib.

 

Avro-2016-nın seçmə mərhələsində millimizlə eyni qrupda yer alan bolqarların çalışdırıcısı “Qarabağ” və “Qəbələ”nin Avrokubokdakı uğurlu çıxışına biganə qalmayıb. O, Azərbaycanla Bolqarıstan klublarının çıxışını da müqayisə edib: “Klublarımızın heç biri Avrokubokda qrupa qədər irəliləyə bilmədi. Ancaq elə ölkələrin komandaları bunu bacardılar ki, onlar futbol ölkəsi sayılmırlar. Məsələn, Qazaxıstan və Azərbaycanın adını çəkə bilərəm. Biz bu baxımdan onlardan geri qalırıq. Bu amil də təbii ki, futbolçulara çox pis təsir edəcək”.

 

Qeyd edək ki, Bolqarıstan – Azərbaycan oyunu oktyabrın 13-də keçiriləcək.

Xəbər lenti