9 Oktyabr 11:53 “Azərbaycanla görüşü unutmağa çalışıram” – xorvatiyalı futbolçu
FUTBOL xəbərləri 9 Oktyabr 11:53
2004 baxış

“Azərbaycanla görüşü unutmağa çalışıram” – xorvatiyalı futbolçu

“Milli komandada ilk rəsmi oyunumu Azərbaycana qarşı keçirmişəm. Lakin həmin görüşdən heç də xoş xatirə ilə ayrılmamışam”. Apasport.az saytının məlumatına görə, bunu Xorvatiya yığmasının hücumçusu Marko Pyaça deyib.

 

Xorvatlar Avro-2016-nın seçmə mərhələsinin son matçlarını Bolqarıstan və Maltaya qarşı keçirəcəklər. Millinin debütantlarından olan Pyaça uğursuzluq sindromuna son qoymaq arzusundadı.

 

O, yerli mətbuata açıqlamasında yığmamızla matçı unutmaq istədiyini bildirib: “Keçən ay Azərbaycan və Norveçlə keçirdiyimiz oyunları unutmağa çalışıram. Düzdü, millidə uğurlu başlanğıc edə bilmədim. Amma Bolqarıstan və Malta ilə qarşılaşmalarda vəziyyəti dəyişə bilərik. Bolqarıstan təhlükəli və diqqətli oynayan komandadı. İstənilən halda, ilk iki yerdən birini tutmaq istəyiriksə, son iki görüşdə qələbə qazanmalı və əsas rəqiblərimizin büdrəməsinə ümid etməliyik”.

 

Qeyd edək ki, ötən ay Azərbaycanla (0:0) heç-heçə edən Norveçə (0:2) məğlub olan Xorvatiya yığması turnir cədvəlində 3-cü pilləyə düşmüşdü.

Xəbər lenti