24 Avqust 17:06 “Azərbaycanla ilk oyundakı qələbəni unutmalıyıq” - FOTO
FUTBOL xəbərləri 24 Avqust 17:06
470 baxış

“Azərbaycanla ilk oyundakı qələbəni unutmalıyıq” - FOTO

“Xorvatiya millisinin bu gün açıqlanan heyətində Mario Pasaliç, Alen Xaliloviç, Marko Roq və Yojo Simunoviç yer almayıb. Bunun səbəbi onların gənclər millisinə çağırlmasıdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç deyib.

 

O, bu gün açıqladığı millinin heyətinə qısa şərh verib.

 

Mütəxəssis komandasının AVRO-2016-nın seçmə mərhələsinin Azərbaycan və Norveçlə qarşılaşmalarına ciddi yanaşdıqlarını da qeyd edib: “Bu perspektivli oyunçular əsas millidə Azərbaycan və Norveçlə qarşılaşmalara da dəvət oluna bilərdi. Lakin yeni seçmə mərhələyə başlayan U-21 haqda da düşünməliyik.  Gənclərin özü üçün də oyun praktikası baxımından belə olması daha yaxşıdı. Əsas millidə parlayan bürün futbolçular vaxtilə gənclər komandasında özünü göstərib. Norveç və Azərbaycan millilərini ilk qarşılaşmalardakı böyükhesablı qələbələri unutmalıyıq. Şübhəsiz ki, bu dəfə daha çətin olacaq. Bizim Robert Prosineçki Azərbaycan millisini çox dəyişib. Ciddi rəqibə çevrilən komanda nəticə də qazanıb. Amma ustalıq səviyyəsinə görə bizim komanda daha üstündü. Amma bu fərqi nümayiş etdirmək üçün düzgün yanaşma, konsentrasiya və ciddilik vacibdi. AVRO-2016-nın seçmə mərhələsindəki məqsədimizin nə olduğunu bilirik. Tsiklin arxada qalan hissəsində bunun öhdəsindən yaxşı gəlmişik. Lakin bunu sona çatdırmaq üçün yaxşı hazırlaşmalı, maksimum bacarığımızı ortaya qoymalıyıq”.

 

Qeyd edək ki, Xorvatiya millisinin bu gün açıqlanan heyətində 24 futbolçu yer alıb.