8 Sentyabr 14:47 “Azərbaycanla matçda imkanlarımızdan istifadə edə bilmədik” - FOTO
FUTBOL xəbərləri 8 Sentyabr 14:47
650 baxış

“Azərbaycanla matçda imkanlarımızdan istifadə edə bilmədik” - FOTO

“Norveçlə görüşdə məğlubiyyətə layiq idik. Onlar bizdən yaxşı oyun sərgilədilər. Azərbaycanla matçda da imkanlarımızdan istifadə edə bilmədik”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Xorvatiya yığmasının üzvü İvan Perişiç deyib.

 

İtaliya “İnter”inin yeni transferi “Gazzetta Dello Sport”a açıqlamasında Avro-2016-nın seçmə mərhələsi çərçivəsində millimiz (0:0) və Norveçlə (0:2) keçirdikləri oyunlar haqda fikirlərini bölüşüb.

 

O bildirib ki, hər iki matçda xal itkisinə layiq olan Xorvatiya millisi hazırkı vəziyyətdən çıxmalıdı: “Bu vəziyyətdən çıxıb, özümüzə gəlməliyik. Oktyabrda bizi 2 önəmli matç gözləyir. Avropa çempionatının final mərhələsinə qatılmaq istəyirik. Son iki görüşdə İtaliya millisinə azarkeşlik edəcəyik. Onlar qələbə qazanmaqla, turnir cədvəlində bizə kömək edə bilərlər”.

 

Qeyd edək ki, Xorvatiya yığması seçmə mərhələdəki son 2 oyununu öz meydanında Bolqarıstan və səfərdə Maltaya qarşı keçirəcək. 

Xəbər lenti