14 Oktyabr 10:24 “Azərbaycanla  oyun belə deməyə əsas verir” - Yığmamıza qol vuran hücumçu
FUTBOL xəbərləri 14 Oktyabr 10:24
444 baxış

“Azərbaycanla oyun belə deməyə əsas verir” - Yığmamıza qol vuran hücumçu

“Əminəm ki, növbəti seçmə mərhələdə daha güclü Bolqarıstan yığması izləyəcəksiz. Azərbaycana qarşı göstərdiyimiz oyun belə deməyə əsas verir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstan yığmasının hücumçusu Dimitar Rangelov deyib.

 

AVRO-2016-nın seçmə mərhələsinin son matçında Azərbaycan yığması üzərində 2:0 hesablı qələbə qazanan bolqarların ikinci qolunun müəllifi məhz 32 yaşlı forvard olmuşdu.

 

Hazırda karyerasını Türkiyədə davam etdirən Rangelov yığmasının yenidən Avropanın güclü komandalarından birinə çevriləcəyinə inandığını söyləyib: “Azərbaycanla görüşdə bir neçə gənc futbolçu çıxış etdi. Onlar oyunları ilə istedadlı olduqlarını göstərdilər və gələcəyə nikbin baxmağımıza şərait yaratdılar. İnanıram ki, növbəti tsikldə qrupumuzun iddialı komandalarından biri olacağıq. Klublarımızın da avrokuboklarda daha uğurlu çıxış edəcəklərini düşünürəm. Bəzi futbolçularımızda oyun praktikası aşağı səviyyədə idi. Getdikcə onlar da formaya düşəcək və milliyə indikindən qat-qat çox xeyir verəcəklər”.

 

Qeyd edək ki, Rangelov millimizlə qarşılaşmanın 56-cı dəqiqəsində başla fərqlənərək, hesabı 2:0-a çatdırmışdı.

Xəbər lenti