11 Noyabr 17:12 “Azərbaycanla oyun bizim üçün adi yoxlama görüşü deyil” - İlye Çebanu
FUTBOL xəbərləri 11 Noyabr 17:12
5007 baxış

“Azərbaycanla oyun bizim üçün adi yoxlama görüşü deyil” - İlye Çebanu

“Hər kəs qələbə qazanmaq istəyir. İnanıram ki, Azərbaycanla oyunda biz bunu bacaracağıq”. Apasport.az saytının məlumatına görə, bunu Moldova yığmasının müdafiəçisi Simeon Bulqaru deyib.

 

Moldova millisi noyabrın 17-də Bakı Olimpiya Stadionunda Azərbaycan yığması ilə yoldaşlıq görüşündə üz-üzə gələcək. FİFA reytinqində tarixinin ən aşağı pilləsində (154) qərarlaşan moldovalılar paytaxtımıza məyus halda gələcəklər.

 

30 yaşlı futbolçu isə Azərbaycan üzərində qələbə ilə vəziyyəti düzəltmək istədiklərini bildirib: “Hesab edirəm ki, reytinqdəki mövqeyimiz hər bir futbolçumuza mənfi təsir edir. Çünki ilk dəfədi bu qədər aşağı pillədə qərarlaşırıq. Ancaq ümid edirəm ki, Azərbaycan üzərində qələbə qazanacağıq və bu, reytinqdəki mövqeyimizi yaxşılaşdıracaq. Nə olur-olsun, səfərə yüksək əhval-ruhiyyədə çıxmaq lazımdı ki, qələbəyə ümid edək. Azərbaycan yığmasının iki oyunçusu Almaniyada çıxış edir. Ancaq bizim də İtaliya və Türkiyə çempionatında oynayan futbolçularımız var”.

 

Moldova millisinin qapıçısı İlye Çebanu isə il yarımdı qələbə qazana bilmədiklərini xatırladaraq, bu uğursuzluq seriyasına son qoymağa çalışacaqlarını söyləyib: “Hər oyun bizim üçün vacibdi. Bizim indi vəzifəmiz Azərbaycanla matça yaxşı hazırlaşmaq və xalqımıza qələbə hədiyyə etməkdi. Bu, bizim üçün adi yoxlama görüşü deyil. Şəxsən mənim üçün ən vacib görüşdü. Ümid edirəm ki, milliyə dəvət alan komanda yoldaşlarım da belə düşünürlər. Düzdü, il yarımdı qələbə qazana bilmirik. Fiziki, taktiki və psixoloji cəhətdən hazır ola bilsək, bu tilsimi qıra bilərik”.

Xəbər lenti