8 Oktyabr 08:24 “Azərbaycanla oyuna final matçı kimi baxırıq” - Marko Parolo
FUTBOL xəbərləri 8 Oktyabr 08:24
1799 baxış

“Azərbaycanla oyuna final matçı kimi baxırıq” - Marko Parolo

“Azərbaycanla oyuna final matçı gözü ilə baxırıq. Çünki bu görüşdə qazanılacaq qələbə bizi məhz final mərhələsinə daşıyacaq”. Apasport.az saytının məlumatına görə, bunu İtaliya yığmasının yarımmüdafiəçisi Marko Parolo deyib.

 

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının qonağı olacaq italyanlar bu gün Bakıya gələcəklər. Parolo yerli mətbuata açıqlamasında millimizdən çəkindiyini etiraf edib: “Biz hər şeyi nəzərə almışıq. Bu, adi oyun olmayacaq. Onlar yeni stadionlarının açılışını edirlər və qələbə qazanmağa çalışacaqlar. Onsuz da, bütün rəqiblər İtaliya ilə oyunda güclərinin 110 faizini ortaya qoyurlar. Üstəlik, Azərbaycan millisi son 4 matçda məğlub olmayıb. Rəqib baş məşqçi dəyişikliyindən sonra yüksəlişdədi. Robert Prosineçki rəqibləri yaxşı təhlil etməsi ilə seçilir. Deməli, bacarığımızın 100 faizini göstərməliyik. Bizim gücümüz ortadadı. Aqressiv futbol oynamağı xoşlayırıq. Komanda nə istədiyini yaxşı bilir”.

 

Qeyd edək ki, Azərbaycan – İtaliya oyunu oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq. 

Xəbər lenti