10 Noyabr 13:14 “Azərbaycanla oyunda qələbə bizə hava-su kimi lazımdı”
FUTBOL xəbərləri 10 Noyabr 13:14
4925 baxış

“Azərbaycanla oyunda qələbə bizə hava-su kimi lazımdı”

“Milli komandanın FİFA reytinqində 154-cü pillədə qərarlaşması şəxsən mənim üçün utancvericidi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Moldova yığmasının və “Zimbru”nun futbolçusu İon Jardan deyib.

 

Ölkəsinin mətbuatına danışan 25 yaşlı müdafiəçi bu ay Azərbaycanla keçirəcəkləri yoldaşlıq görüşünə də toxunub.

 

O bildirib ki, millinin görüşü “Zimbru”nun “Şerif”lə oyuna hazırlığına mane ola bilər: “Zimbru”nun əksər futbolçuları Moldovanın müxtəlif yaş qrupları üzrə yığmalarında çıxış edirlər. Yəni bizə “Şerif”lə oyunöncəsi problem yarana bilər. Amma indiki məqamda bizim üçün millinin görüşü önəmlidi. Azərbaycanla matçdan sonra hamı klubun düşərgəsinə qayıdacaq və “Şerif”lə oyunun hazırlığına başlayacağıq”.

 

Jardan millimizlə görüşə qələbə üçün çıxacaqlarını əlavə edib: “Azərbaycanla matça qalib gəlmək üçün çıxacağıq. Yoldaşlıq oyunu olsa da, qələbə bizə hava-su kimi lazımdı”.

 

Qeyd edək ki, Azərbaycan – Moldova qarşılaşması noyabrın 17-də, Bakı Olimpiya Stadionunda keçiriləcək.  

Xəbər lenti