7 Sentyabr 09:31 “Azərbaycanla oyundakı nəticə azarkeşləri məyus etmişdi”
FUTBOL xəbərləri 7 Sentyabr 09:31
1032 baxış

“Azərbaycanla oyundakı nəticə azarkeşləri məyus etmişdi”

“Norveç futboluna bu cür qələbə lazım idi. Milli üzvlərinin əsl potensialına bələdəm. Bilirəm ki, onlar bundan da yaxşı oyun göstərə bilərlər”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Norveç yığmasının sabiq futbolçusu Rune Bratset deyib.

 

Ölkəsinin mətbuatına danışan keçmiş müdafiəçi Avro-2016-nın seçmə mərhələsində yığmamızla eyni qrupda mübarizə aparan Norveç millisinin son oyunlarına toxunub.

 

Bolqarıstan və Xorvatiya üzərindəki qələbələri şərh edən 54 yaşlı mütəxəssis söhbət əsnasında yığmamızla Oslodakı matçı (0:0) da yada salıb: “Ullevaal” stadionunda belə qələbələri çox gözləmişik. Biz öz meydanımızda xal itkisinə yol verməməliyik. Norveç futboluna həm yığmanın, həm də klublarımızın timsalında qələbələr lazımdı. İyunda öz meydanımızda Azərbaycana qalib gələ bilməmişdik və həmin nəticə azarkeşləri məyus etmişdi. Belə hallara yol vermək olmaz. Heç kim bizdən tələb edə bilməz ki, hər dəfə Avropa və ya dünya çempionatının final mərhələsinə vəsiqə qazanaq. Çünki biz böyük futbol ölkəsi deyilik. Buna baxmayaraq, inamı itirmək olmaz. Avro-2016-da iştirak etmək şansımız var və bundan yararlanmalıyıq”. 

Xəbər lenti