8 İyun 09:15 “Azərbaycanla oyundan qələbə ilə ayrılmalıyıq” – “Seltik”in futbolçusu
FUTBOL xəbərləri 8 İyun 09:15
2324 baxış

“Azərbaycanla oyundan qələbə ilə ayrılmalıyıq” – “Seltik”in futbolçusu

“Azərbaycanla matç öncəsi İsveçlə oyun bizim üçün sınaq xarakteri daşıyacaq. Yoldaşlıq görüşü olsa da, yenə öz oyunumuzu göstərməyə çalışacağıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Norveç yığmasının futbolçusu Stefan Yohansen deyib.

 

Bu gün İsveçlə yoldaşlıq görüşü keçirəcək norveçlilər iyunun 12-də AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində millimizi qəbul edəcəklər. “Seltik”in formasını geyinən 24 yaşlı yarımmüdafiəçi iddialı danışıb.

 

O bildirib ki, seçmə mərhələnin qalan ev oyunlarını mütləq qələbə ilə başa vurmalıdılar: “Son vaxtlar millimizdə inkişaf hiss olunur. Seçmə mərhələdə artıq müəyyən iş görmüşük. Qarşıda 3 ev oyunumuz qalır. Onlardan birini ayın 12-də Azərbaycana qarşı keçirəcəyik. İsveçlə matçda yaxşı çıxış etməklə göstərməliyik ki, biz Azərbaycanla oyuna tam hazırıq. Öz meydanımızda keçirəcəyimiz görüşlərdən maksimum nəticə ilə ayrılmalıyıq”.

 

Qeyd edək ki, ötən ildən “Seltik”in formasını geyinən Yohansen 2013-cü ildən Norveç yığmasının şərəfini qoruyur.    

Xəbər lenti