28 Oktyabr 16:53 “Azərbaycanla oyunumuz tamaşaçısız teatra bənzəyirdi” - FOTO
FUTBOL xəbərləri 28 Oktyabr 16:53
626 baxış

“Azərbaycanla oyunumuz tamaşaçısız teatra bənzəyirdi” - FOTO

AVRO-2016-nın seçmə mərhələsinin son oyunlarından yarım aya yaxın vaxt keçsə də, son turun qarşılaşmalarında yaşananlar hələ də müzakirə olunur. Apasport.az saytının məlumatına görə, yığmasının uğursuz çıxışına etiraz edən bolqarıstanlı azarkeşlərin Azərbaycanla oyunu boykot etməsini balkanlılar hələ də unuda bilmirlər.

 

“Montana” klubunun  22 yaşlı müdafiəçisi Asen Georgoyev də verdiyi müsahibədə oktyabrın 13-də keçirilən qarşılaşmanı xatırlayıb. Millidə debüt etməyən futbolçu yığmamızla qarşılaşmaya çağırılsa da, baş məşqçi İvaylo Petev ona şans verməyib. Müdafiəçi həmin vaxt millinin düşərgəsində gördükləri və boykotdan danışıb: “Azərbaycanla qarşılaşmada komandamızda əla əhval-ruhiyyə var idi. Bütün futbolçular özlərini əla mühitdə hiss edirdi. Bizim ilk növbədə dost olmağımız da müsbət amildi. Sevinirəm ki, yığmamız artıq ayrı-ayrı fərdlərin yığını deyil, vahid komandadı. Xorvatiya və Azərbaycanla oyunlarda meydana çıxmasam da, komandaya çağırılıb, bu ab-havanı hiss etdiyim üçün şadam. Azərbaycanla qarşılaşmada azarkeşlərimizin böyük hissəsinin matça gəlməmisinə şərh verməkdə çətinlik çəkirəm. Nəticələrdən asılı olmayaraq, bizim onlara ehtiyacımız var. Biz futbolçular da öz növbəmizdə hər qarşılaşmada bütün bacarığımızı ortaya qoymağa çalışırıq. Azərbaycanla oyunumuz tamaşaçısız teatra bənzəyirdi. Belə vəziyyətdə nə şou olar, nə də tamaşa. “Vasil Levski” stadionunun bpş tribunalarını görmək üzücü idi. Lakin bu reallıqla barışmalıyıq. Oyuna gəlməyənləri mühakimə edə bilmərik. Üzümü onlara tutub deyirəm ki, millidə biz - gənclər yer almışıq və komandamızın gələcəyi var”.

 

 

Xəbər lenti