5 Noyabr 17:10 Azərbaycanlı futbolçu hakimi bir yumruqla nokauta saldı - VİDEO
FUTBOL xəbərləri 5 Noyabr 17:10
2294 baxış

Azərbaycanlı futbolçu hakimi bir yumruqla nokauta saldı - VİDEO

Azərbaycanlı futbolçu Rusiyada maraqlı olayla gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, futzal üzrə yığma komandamızın sabiq üzvü Sərxan Mikayılov hakimi yumruqla vurub.

 

Hadisə futzal üzrə Rusiya çempionatının Qərbi Sibir zonasında baş tutan “Kurqan” – “Viraj” matçında baş verib. Epizodların birində rəqib futbolçunun müdaxiləsindən sonra “Viraj”ın oyunçusu Mikayılov ardıcıl iki dəfə yerə yıxılsa da, hakim məhz onların əleyhinə sərbəst zərbə təyin edib. Buna əsəbiləşən millimizin sabiq üzvü topu ona tərəf atıb. Hakimin bu hərəkətə görə ona qırmızı vərəqə göstərməsi isə həmyerlimizi daha da qəzəbləndirib. Nəticədə Mikayılov yumruq zərbəsi ilə hakimi yerə sərib və bundan sonra zalı tərk edib.

 

Qeyd edək ki, görüş “Kurqan”ın 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər lenti