12 Noyabr 10:01 Azərbaycanlı futbolçuya 2 illik sanksiya
FUTBOL xəbərləri 12 Noyabr 10:01
511 baxış

Azərbaycanlı futbolçuya 2 illik sanksiya

Rusiyada çıxış edən azərbaycanlı futzalçı Sərxan Mikayılovun cəzası bəlli olub. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “Viraj” futzal klubunun üzvü Mikayılov ciddi sanksiya ilə üzləşib.

 

Rusiya çempionatının Qərbi Sibir zonasında baş tutan “Kurqan” – “Viraj” matçında hakimi yumruqla vuraraq qırmızı vərəqə alan həmyerlimiz 2 il müddətinə futboldan uzaqlaşdırılıb. Bundan əlavə, Mikayılova 50 min rubl məbləğində cərimə kəsilib.

 

Qeyd edək ki, görüş “Kurqan”ın 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.