8 Sentyabr 21:47 “Bacardığımız qədər mübarizə apardıq” – Yaşar Vahabzadə
FUTBOL xəbərləri 8 Sentyabr 21:47
4476 baxış

“Bacardığımız qədər mübarizə apardıq” – Yaşar Vahabzadə

“Almaniya yığması nəinki Avropanın, dünyanın ən güclü komandalarından biridir və bütün yaş qrupları üzrə yığmaları, demək olar ki, eyni sistem əsasında hazırlaşır və oynayır”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşlılardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Yaşar Vahabzadə deyib.

 

Avro-2017-nin seçmə mərhələ oyunları çərçivəsində Bakıda Almaniya millisi ilə qarşılaşan gənclər yığmamızın baş məşqçisi böyük hesablı məğlubiyyətlə bağlı fikirlərini açıqlayıb:

 

“Bu gün bacardığımız qədər mübarizə apardıq, top saxladıq. Oyunun sonunda futbolçuların yorulması və konsentrasiyanı itirməsi hesabın 3:0-a çatmasına səbəb oldu”

Xəbər lenti