12 İyul 01:06 “Bakıda bizi daha ağır oyun gözləyir” – Qurban Qurbanov
FUTBOL xəbərləri 12 İyul 01:06
3663 baxış

“Bakıda bizi daha ağır oyun gözləyir” – Qurban Qurbanov

“Gözlədiyimiz kimi, ağır qarşılaşma oldu”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Çempionlar Liqasında mübarizəyə qoşulan Azərbaycan çempionu I təsnifat mərhələsinin ilk oyununda “Olimpiya”nın qonağı olub. Lyublyanada baş tutan qarşılaşmada təmsilçimiz meydanı 1:0 hesablı qələbə ilə tərk edib.

 

Qurbanov oyunsonrası mətbuat konfransında komandanın çıxışını dəyərləndirib: “Olimpiya” bir daha yaxşı komanda olduğunu göstərdi. Futbolçularım meydanda çox güc sərf etdilər. Düzdü, bu gün minimalhesablı qələbə qazandıq. Amma Bakıda bizi daha çətin və ağır oyun gözləyir. Bu oyuna tam ciddi hazırlaşmalıyıq”.

 

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 18-də keçiriləcək.

Xəbər lenti