15 Oktyabr 12:42 “Bakıda bizi daşa basmışdılar” - FOTO
FUTBOL xəbərləri 15 Oktyabr 12:42
1063 baxış

“Bakıda bizi daşa basmışdılar” - FOTO

“2003-2004-cü illər komandamız üçün uğurlu keçmişdi. Həmin vaxt Avrokuboka vəsiqə qazanmışdıq. Yadımdadı, sabiq İntertoto Kubokunda ilk rəqibimiz Azərbaycan təmsilçisi olmuşdu”. Apasport.az saytı xəbər verir ki, bu sözləri sabiq belçikalı futbolçu Denis Andre Dasul deyib.

 

28 yaşında karyerasını bitirən Dasul ölkəsinin mətbuatına geniş müsahibə verib. “Standard”, “Genk”, “Peruca” kimi komandalarda oynamış keçmiş futbolçu müsahibəsində Azərbaycana 11 il öncəki səfərindən də bəhs edib.

 

Avstriyanın “Kazino” klubunun heyətində keçmiş İntertoto Kubokunda “Xəzər Universiteti”nə (hazırkı “İnter”) qarşı oyunlarda iştirak edən futbolçu Bakıda üzləşdikləri hadisəni yada salıb: “Bakıya səfərimiz xatirimdədi. Ora çatan kimi bizi daşa basmışdılar. Yadımdadı, Azərbaycan təmsilçisi ilə cavab oyunu çox gərgin keçmişdi. Həmin oyunda qırmızı vərəqə almışdım. Yekunda mübarizəni birinci mərhələdəcə dayandırmalı olmuşduq”.

 

Qeyd edək ki, bu komandaların Avstriyada keçirilən ilk görüşü ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatsa da, sifariş ərizəsində olmayan futbolçu oynatdığına görə, “Kazino”ya texniki (0:3) məğlubiyyət verilmişdi. Cavab matçında isə “Xəzər Universiteti” rəqibinə 1:0 hesabı ilə qalib gəlmişdi. 

Xəbər lenti