27 Oktyabr 13:28 Bakıda het-trik etmiş futbolçuya “Liverpul”dan təklif
FUTBOL xəbərləri 27 Oktyabr 13:28
846 baxış

Bakıda het-trik etmiş futbolçuya “Liverpul”dan təklif

Avropa Liqasında “Qəbələ”nin rəqiblərindən olan “Borussiya” aparıcı futbolçusu Pyer-Emerik Obameyanqla vidalaşa bilər. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, qabonlu hücumçunun karyerasını İngiltərədə davam etdirmək variantı yaranıb.

 

Obameyanqla “Liverpul” yaxından maraqlanır. “Mersisaydlılar”ın baş məşqçisi Yurgen Klopp sabiq yetirməsi ilə yenidən birgə çalışmaq arzusundadı.

 

Qarşı tərəflə danışığa başlayan ingilislər “Borussiya” rəhbərliyinin cavabını gözləyirlər.

 

Qeyd edək ki, Bakıda “Qəbələ”nin qapısından 3 top keçirən Obameyanq 2013-cü ildən “Borussiya”nın formasını geyinir. O, Dortmund klubunda bu vaxta qədər 111 oyunda 62 qola imza atıb. 

Xəbər lenti