25 İyul 12:44 “Bakıdakı məğlubiyyətin səbəbi cəsarətsiz oynamağımızdı”
FUTBOL xəbərləri 25 İyul 12:44
10106 baxış

“Bakıdakı məğlubiyyətin səbəbi cəsarətsiz oynamağımızdı”

“Bakıdakı oyunda meydana sonradan daxil olmağım zədəylə bağlı idi. Risk etməmək üçün məni ehtiyatda qalmağım m məqsədəuğun sayılmışdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Serbiyanın “Çukariçki” klubunun futbolçusu İqor Matiç deyib.

 

Çukaritsa təmsilçisinin kapitanı Avropa Liqasının II təsnifat mərhələsinin “Qəbələ” ilə Bakıdakı oyunu haqda fikirlərini açıqlayıb. O, 0:2 hesablı məğlubiyyətin səbəbini də etiraf edib: “Lakin 0:2 hesabı ilə geridə olduğumuzdan meydana daxil olmağa məcbur idim. Lakin cəmi 5 dəqiqə oynayıb, ağrılar hiss etdim. Matçı da bu vəziyyətdə keçirdim. Hətta 89-cu dəqiqədə qol vurub, oyunda dönüş də yaratmağa yaxın idim. Çox təəssüf ki, alınmadı. Bakıdakı məğlubiyyətin yeganə səbəbi cəsarətsiz oynamağımızdadı. Qələbəni qazanmaq üçün ona layiq olmalı idik”.

Xəbər lenti