30 İyul 12:45 “Bakı”dan Yunanıstan klubuna
FUTBOL xəbərləri 30 İyul 12:45
784 baxış

“Bakı”dan Yunanıstan klubuna

Qışda “Bakı” klubunu tərk edən xorvatiyalı futbolçu Aleksandr Şoliç karyerasını Yunanıstan çempionatında davam etdirməyə çox yaxındı. Apasport.az saytı xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin komandasız günləri başa çatmaq üzrədi.

 

Belə ki, Şoliç Superliqa təmsilçisi “Kerkira”ya baxışa dəvət olunub. Sabah klubun düşərgəsinə qoşulacaq təcrübəli futbolçu baş məşqçi Sakis Tsiolisin etimadını qazanacağı halda, onunla müqavilə imzalanacaq.

 

Qeyd edək ki, 2009-2014-cü illərdə “Bakı”nın formasını geyinmiş Şoliç Azərbaycan çempionatında 139 oyunda 24 qola imza atıb.   

Xəbər lenti