7 Oktyabr 08:33 Bakıya gəlməyə hazırlaşan ulduz futbolçu Braziliyaya köçə bilər
FUTBOL xəbərləri 7 Oktyabr 08:33
1344 baxış

Bakıya gəlməyə hazırlaşan ulduz futbolçu Braziliyaya köçə bilər

Bu yay “Yuventus”u tərk edərək ABŞ-a köçən Andrea Pirlo tezliklə ordan da ayrıla bilər. Apasport.az saytının Braziliya mətbuatına istinadən məlumatına görə, hazırda “Nyu-York Siti”nin şərəfini qoruyan veteran futbolçunun bu ölkəyə üz tutması heç də təəccüblü olmaz.

 

İtaliya millisinin üzvü “Palmeyras” klubunun maraq dairəsinə düşüb. Braziliya təmsilçisi 36 yaşlı oyunçuya artıq ilk təklifi göndərib. Onlar Pirlonu ilin sonuna qədər heyətə cəlb etməkdə israrlıdılar. Lakin bu, çox inandırıcı görünmür. Çünki ABŞ-a yenicə köçən ulduz futbolçu tez-tez klub dəyişməyi xoşlamır.

 

Qeyd edək ki, Azərbaycan yığması ilə oktyabrın 10-da Avro-2016-nın seçmə mərhələsi çərçivəsində üz-üzə gələcək İtaliya millisinin heyətində Pirlo da Bakıya gələcək.

Xəbər lenti