7 Sentyabr 14:52 Balotelli sürücülük vəsiqəsindən məhrum edildi
FUTBOL xəbərləri 7 Sentyabr 14:52
691 baxış

Balotelli sürücülük vəsiqəsindən məhrum edildi

“Milan”ın hücumçusu Mario Balotelli yenidən diqqət mərkəzinə düşüb. Apasport.az saytı xəbər verir ki, 25 yaşlı forvard bu dəfə də futbola aid olmayan hərəkəti ilə “fərqlənib”.

 

Belə ki, “Supermario” sürücülük vəsiqəsindən məhrum edilib. Ötən həftə “Lamborghini” markalı avtomoboli ilə saatda maksimum 50 km-lə hərəkətə icazə verilən yerdə sürəti 90 km-ə qaldırıb.

 

Bu isə Balotelliyə baha başa oturub. Yol polisi onun sürücülük vəsiqəsini əlindən alıb.

 

Özünə bəraət qazandırmağa çalışan futbolçu yolun kənarındakı nişanı görmədiyini bildirib.  

Xəbər lenti