3 Sentyabr 10:32 “Barselona” 30 milyonluq futbolçunu ucuz qiymətə alacaq
FUTBOL xəbərləri 3 Sentyabr 10:32
1235 baxış

“Barselona” 30 milyonluq futbolçunu ucuz qiymətə alacaq

Transfer qadağası yanvarda başa çatacaq “Barselona” dövrələrarası fasilədə heyətini bir qədər də gücləndirməyi planlaşdırır. Apasport.az saytı xəbər verir ki, kataloniyalılar “Selta”nın yarımmüdafiəçisi Nolito ilə danışıq aparırlar.

 

28 yaşlı futbolçu “Selta” ilə yeni müqavilə imzaladığından, transfer qiyməti 18 milyondan 30 milyon avroya yüksəlib. Ancaq klublar arasında olan razılaşmaya əsasən, “Barselona” 12-15 milyon avroya bu keçidi həll edə bilər.

 

Qeyd edək ki, La Liqanın cari mövsümündə 2 oyun keçirən Nolito aktivinə 2 qol, 1 məhsuldar ötürmə yazdırıb.

 

 

Xəbər lenti