12 Noyabr 17:50 “Barselona” İtaliya yığmasının üzvü ilə anlaşdı - FOTO
FUTBOL xəbərləri 12 Noyabr 17:50
1064 baxış

“Barselona” İtaliya yığmasının üzvü ilə anlaşdı - FOTO

“Latsio”nun yarımmüdafiəçisi Antonio Kandreva karyerasını İspaniyada davam etdirməyə hazırlaşır. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, 28 yaşlı futbolçu “Barselona”da çıxış etməyə çox yaxındı.

 

Kandrevanın bir neçə oyununu izləyən Kataloniya klubunun idman direktoru Aryedo Brayda onun komandaya faydalı olacağını düşünür. Bundan sonra klublar arasında danışıqlar aparılıb və “Latsio”nun prezidenti Klaudio Lotito bu keçidə razılıq verib.

 

Yayılan informasiyaya əsasən, bu transfer “Barselona”ya 40 milyon avroya başa gələcək. Lakin onun İspaniyaya qış fasiləsində, yoxsa mövsümün sonunda köçəcəyi barədə məlumat verilməyib.

 

Qeyd edək ki, İtaliya yığmasının da formasını geyinən Antonio Kandreva 2012-ci ildən “Latsio”da çıxış edir.