27 Oktyabr 17:06 “Barselona” Messi-Neymar-Suares “trio”sundan məhrum qaldı
FUTBOL xəbərləri 27 Oktyabr 17:06
1050 baxış

“Barselona” Messi-Neymar-Suares “trio”sundan məhrum qaldı

“Barselona” İspaniya Kral Kubokunda mübarizəyə ciddi itkilərlə başlayacaq. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, sabah 1/16 final mərhələsində aşağı liqa təmsilçisi “Villanovense”nin qonağı olacaq Kataloniya klubu səfərə aparıcı hücumçularını aparmayıb.

 

Noyabrın sonlarına qədər komandadan ayrı qalacaq Lionel Messi ilə yanaşı, möhtəşəm hücum “trio”sunun digər üzvləri Neymar və Luis Suares də bu görüşdə komandaya kömək etməyəcəklər. Buna səbəb cənubi amerikalıların yüngül zədəli olmalarıdı. Baş məşqçi Luis Enrike hər iki oyunçunu həm riskə atmamaq, həm də onlara istirahət etmək imkanı vermək üçün kubok matçının heyətinə daxil etməyib. Həmçinin digər zədəli futbolçular – qapıçı Klaudio Bravo və yarımmüdafiəçi Andres İnyesta da sabah meydançaya ayaq basmayacaqlar.

 

Baş məşqçi əsas heyət üzvlərindən yalnız Mark-Andre Ter Ştegen, İvan Rakitiç, Dani Alveş, Xordi Alba və Jeremi Matyunu “18-liy”ə salıb.

 

Qeyd edək ki, “Villanovense” - “Barselona” oyunu sabah Villanueva şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Xəbər lenti