18 İyul 15:31 “Barselona” Messi, Neymar və Alveşi heyətə salmadı
FUTBOL xəbərləri 18 İyul 15:31
1073 baxış

“Barselona” Messi, Neymar və Alveşi heyətə salmadı

“Barselona” təlim-məşq toplanışı üçün sabah ABŞ-a yollanacaq. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Kataloniya klubu səfərə 24 oyunçu ilə gedəcək.

 

İyulun 29-na qədər bu ölkədə qalacaq komanda 2 yoxlama görüşündə qüvvəsini sınayacaq. Belə ki, baş məşqçi Luis Enrike yetirmələrini iyulun 21-də yerli “Los Anceles Qalaksi”, 28-də isə “Çelsi” (İngiltərə) ilə yoldaşlıq görüşündə sınayacaq. Komandanın 5 əsas futbolçusu Lionel Messi, Neymar, Xavyer Maskerano, Daniel Alveş və Klaudio Bravo səfərə aparılmayacaq. Məşqçilər korpusu onlara istirahət etmək imkanı verib. Əvəzində yeni transferlər Arda Turan və Aleiks Vidal kollektivlə birlikdə toplanışa yollanacaq.

 

Luis Enrike ABŞ-a bu futbolçuları aparacaq: Mark-Andre ter Ştegen, Xordi Masip, Xose Suares, Xerard Pike, İvan Rakitiç, Serxio Buskets, Pedro Rodriges, Andres İnyesta, Luis Suares, Rafinya, Mark Bartra, Duqlas, Xordi Alba, Serxi Roberto, Adriano, Tomas Vermalen, Jeremi Matyu, Arda Turan, Aleiks Vidal, Sandro Ramires, Munir Əl-Haddadi, Alen Haliloviç, Serxi Samper, Xerard Qumbau

Xəbər lenti

Xəbər lenti