27 May 18:21 “Barselona” və “Atletik Bilbao” azarkeşləri cəzalana bilər
FUTBOL xəbərləri 27 May 18:21
745 baxış

“Barselona” və “Atletik Bilbao” azarkeşləri cəzalana bilər

İspaniya Kral Kubokunun finalında qarşılaşacaq “Barselona” və “Atletik Bilbao” komandalarının azarkeşlərinə xəbərdarlıq edilib. Apasport.az saytının məlumatına görə, mayın 30-u “Nou Kamp”da baş tutacaq final oyunu zamanı hər iki komandanın azarkeşlərinə dövlət himnini fitə basmamaq barədə göstəriş verilib.

 

Xatırladaq ki, İspaniyada separatçılığa meyilli Bask və Kataloniya bölgəsini təmsil edən iki komandanın oyunları zamanı bir neçə dəfə belə hal müşahidə olunub. Əvvəlki hallarda buna görə hansısa cəza tədbiri görülməyib.

 

İspaniya Ali İdman Təşkilatının sədri Migel Kardinal bu barədə həm klublara, həm də İspaniya Futbol Federasiyasına xəbərdalıq edildiyini bildirib.

Xəbər lenti