7 Oktyabr 14:46 “Barselona”dan 290 milyon avroluq müqavilə
FUTBOL xəbərləri 7 Oktyabr 14:46
1348 baxış

“Barselona”dan 290 milyon avroluq müqavilə

“Barselona” yeni sponsorluq müqaviləsi imzalayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Kataloniya klubu sponsoru “Qatar Airways”la anlaşmasını yeniləyib.

 

Gələn ilə qədər olan müqavilə 2020-ci ilə qədər uzadılıb. 4 illik saziş müqabilində aviaşirkət İspaniya nəhənginə 290 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, “Qatar Airways” 2013-cü ildən “Barselona”nın baş sponsorudu. Klub bu şirkətdən ilinə 65 milyon avro ilə yanaşı, 30 milyon avro da mükafat əldə edib.

Xəbər lenti