10 Noyabr 13:35 “Barselona”dan 60 milyonluq təklif
FUTBOL xəbərləri 10 Noyabr 13:35
1232 baxış

“Barselona”dan 60 milyonluq təklif

“Çelsi”nin belçikalı yarımmüdafiəçisi Eden Azar karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 24 yaşlı futbolçu ilə “Barselona” yaxından maraqlanır.

 

Kataloniya klubu Azarı qış transfer dövründə heyətinə qatmaq arzusundadı. Bunun üçün ispanlar 60 milyon avrolarından keçməyə hazırdılar. Qarşı tərəflə danışıqlara artıq start verilib.

 

Qeyd edək ki, 2012-ci ildən “Çelsi”nin formasını geyinən Azar “zadəganlar”ın heyətində bu vaxta qədər 174 oyunda 50 qola imza atıb. 

Xəbər lenti