14 İyun 10:00 "Barselona"nın istədiyi holland futbolçuların dəyəri - 110 milyon
FUTBOL xəbərləri 14 İyun 10:00
479 baxış

"Barselona"nın istədiyi holland futbolçuların dəyəri - 110 milyon

“Barselona” mövsümlərarası fasilədə heyətini gücləndirməyə çalışacaq. Apasport.az saytının “El Mundo Deportivo”ya istinadən məlumatına görə, katalon klubu “Ayaks”ın gənc oyunçuları Matteys de Liqt və Frenki de Yonqlə yaxından maraqlanır.

Amsterdam təmsilçisi 50 milyon avro qarşılığında de Yonqla yollarını ayırmağa hazırdı. De Liqtin transferi isə "Barselona"ya 60 milyon avrodan yuxarı qiymətə başa gələ bilər.

Qeyd edək ki, “Barselona”nın yay “transfer pəncərəsi”ndəki bir digər transfer hədəfi “Atletiko”nun hücumçusu Antuan Qrizmanndı.

Xəbər lenti