12 İyul 14:42 "Barselona"nın yeni transferinin təqdimatına azarkeşlər buraxılmayacaq
FUTBOL xəbərləri 12 İyul 14:42
260 baxış

"Barselona"nın yeni transferinin təqdimatına azarkeşlər buraxılmayacaq

“Barselona” bu gün yeni transferi Arturu təqdim edəcək. Apasport.az-ın katalon klubunun saytına istinadən məlumatına görə, təqdimat prosesi təhlükəsizlik səbəbindən qapalı qapılar arxasında keçiriləcək.

 

Hazırda “Nou Kamp”da aparılan təmir işləri səbəbindən bu yöndə qərar verilib. Belə olan halda, azarkeşlər təqdimat üçün stadiona buraxılmayacaqlar.

 

Qeyd edək ki, “Barselona” 40 milyon avro ödəyərək Arturu “Qremio”dan transfer edib.

Xəbər lenti