14 Avqust 00:31 “Baş məşqçimiz Şahin Diniyev də bildirir ki...” – Bəxtiyar Soltanov
FUTBOL xəbərləri 14 Avqust 00:31
814 baxış

“Baş məşqçimiz Şahin Diniyev də bildirir ki...” – Bəxtiyar Soltanov

“Məşqlərimiz davam edir, hələ ki, hər şey yaxşı gedir. Qarşıdakı oyuna səylə hazırlaşırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bəxtiyar Soltanov deyib.

 

İki illik fasilədən sonra yenidən elitada mübarizə aparacaq gəncəlilərin yarımmüdafiəçisi II turda “Zirə”yə qarşı keçirəcəkləri oyun haqqında fikirlərini bölüşüb:

 

“Əlimizdən gələni edəcəyik ki, nəticə “Neftçi” ilə oyundakından daha yaxşı olsun. “Zirə” də bizim kimi yeni komandadır, debütantdır. Rəqibi heç vaxt zəif qəbul edib arxayınlaşmaq olmaz. Nəyəsə aldanmamalıyıq, baş məşqçimiz Şahin Diniyev də bildirir ki, oyuna iki qat güclə hazırlaşmalıyıq. Əlimizdən gələnin ən yaxşısını edib, uğurlu nəticə üçün meydana çıxacağıq”.

Bəxtiyar Soltanov iki il öncə “Kəpəz”in heyətində çıxış edib. Bu mənada yerli publika ona daha yaxşı tanışdır: “Gəncədə ilk oyunumuzu keçirəcəyimizdən azarkeşlərimizlə doğma meydanda görüşəcəyik. Onları sevindirmək üçün hər şey edəcəyik. Əvvəlcədən danışmaq istəmirəm, amma deyim ki, qələbə üçün oynayacağıq. Fanatları da oyuna səsləyirəm, gəlsinlər komandaya dəstək olsunlar, yaxşı oyun olacaq. Buna ümid edirəm”.