11 İyul 15:41 Bastian Şvaynştayger “Mançester Yunayted”ə keçir
FUTBOL xəbərləri 11 İyul 15:41
702 baxış

Bastian Şvaynştayger “Mançester Yunayted”ə keçir

“Bavariya”nın əfsanəvi futbolçusu Bastian Şvaynştayger komandasını dəyişməyə hazırlaşır. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi “Bavariya”da qalmaqdan imtina edib.

 

30 yaşlı futbolçu 2016-cı ilə qədər olan müqavilə müddətini uzatmamaq qərarına gəlib. Şvaynştayger yeni komandasını da seçib. O, “Mançester Yunayted”lə ilkin razılıq əldə edib. Ulduz futbolçunun yaxın günlərdə “mankunianlar”la 3 illik müqavilə imzalaması və ilinə 10 milyon avro qazanması gözlənilir. Bu transfer “Bavariya”ya 20 milyon avro qazandıracaq.

 

Qeyd edək ki, “Bavariya”nın yetirməsi olan Bastian Şvaynştayger 2002-ci ildən peşəkar futbolçu kimi bu klubun formasını geyinir.

Xəbər lenti