15 Avqust 10:16 “Bavariya”dan “Atletik”ə qədər
FUTBOL xəbərləri 15 Avqust 10:16
864 baxış

“Bavariya”dan “Atletik”ə qədər

İspaniyanın “Barselona” klubunun böyükhesablı məğlubiyyətsiz seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi İspaniya Superkubokunun “Atletik”lə Bilbaodakı qarşılaşmasında 0:4 hesabı ilə darmadağın olub.

 

Bu, Barselonanın eyniadlı klubunun son 2 ildən artıq ilk böyükhesablı yenilgisidir.

 

Kataloniyalılar sonuncu dəfə 2013-cü il mayın 1-də ən azı 3 top fərqilə uduzmuşdu. 835 gün əvvəl “Barselona” çempionlar liqasının “Bavariya” ilə ev oyununda qapısında 3 cavabsız qol görmüşdü – 0:3.

 

Çempionlar Liqasının qalibinin 4 top fərqilə uduzduğu son qarşılaşma isə 843 gün öncə baş tutub. “Bavariya” 2 il 3 ay əvvəlki yarımfinalın aprelin 23-dəki ilk qarşılaşmada rəqibinə “divan tutmuşdu” – 4:0.

Xəbər lenti