12 İyul 20:53 “Bavariya”dan bir gündə iki məğlubiyyət
FUTBOL xəbərləri 12 İyul 20:53
709 baxış

“Bavariya”dan bir gündə iki məğlubiyyət

Münhenin “Bavariya” klubu ənənəvi dostluq turniri olan “Telekom” kubokunda 4-cü olub. Apasport.az saytının məlumatına görə, münhenlilər 4 komandanın – “Borussiya” M, “Auqsburq” və “Hamburq”un iştirak etdiyi mini çempionatda sonuncu yeri tutub.

 

Reqlamentə görə hər oyun 45 dəqiqəlik bir hissədən ibarət olub.

 

İlk olaraq “Bavariya” “Auqsburq”la qarşılaşıb. Matç Pep Qvardiolanın yetirmələrinin 1:2 hesablı məğlubiyyəti ilə bitib.

 

Digər görüşdə isə “Hamburq” “Borussiya”nı məğlub edib.

 

Üçüncülük oyunu da Almaniya çempionunun məğlubiyyəti ilə yekunlaşıb. Münhenqladbaxlılar və münhenlilər 45 dəqiqə ərzində bir-birinə qol vura bilmədiyi üçün penalti seriyasından istifadə olunub.

 

“Lotoreya”da da “Bavariya”nın bəxti gətirməyib – 3:4

 

Mini turnirin final oyunu “Hamburq”la “Auqsburq” arasında olacaq.

Xəbər lenti