24 Fevral 17:26 Bekhemi İngiltərə klubundan qovurlar
FUTBOL xəbərləri 24 Fevral 17:26
338 baxış

Bekhemi İngiltərə klubundan qovurlar

Əfsanəvi futbolçu Devid Bekhemin böyük oğlu Bruklin Bekhem komandasını dəyişməyə hazırlaşır. Apasport.az saytı xəbər verir ki, “Arsenal” yeniyetmə futbolçunun xidmətində artıq maraqlı deyil.

 

“Topçular”ın U-16 komandası turnirdə iştirak etmək üçün Qətərə yollansa da, Bruklin İngiltərədə qalıb. “Arsenal” Akademiyasının məşqçiləri kiçik Bekhemin həmyaşıdlarından zəif çıxış etdiyi fikrindədilər. Bu səbəbdən də futbolçuya özünə yeni komanda tapması tapşırılıb.

 

Qeyd edək ki, Devid Bekhemin 3 oğul, 1 qız övladı var.