31 İyul 14:51 Belçika yığmasının hücumçusu “Qarabağ”ı gözləyir
FUTBOL xəbərləri 31 İyul 14:51
3388 baxış

Belçika yığmasının hücumçusu “Qarabağ”ı gözləyir

“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibi “Seltik” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının Şotlandiya mətbuatına istinadən məlumatına görə, Qlazqo təmsilçisi “Brügge”nin hücumçusu Tom De Sutterlə anlaşıb.

 

Lakin bu keçid baş tutmaya da bilər. Məsələ burasındadı ki, tərəflər arasında əldə edilən razılığa görə, “Seltik” Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanarsa, 30 yaşlı forvardın transferi rəsmiləşəcək. Yəni Belçika yığmasının hücumçusunun taleyi bir növ “Qarabağ”dan asılıdı. Təmsilçimiz “Seltik”i Bakıda məğlub edib, mərhələni adlaya bilsə, o zaman Tom De Sutter karyerasını elə hazırkı klubu “Brügge”də davam etdirəcək.

 

Qeyd edək ki, ilk oyunda “Seltik” “Qarabağ” üzərində minimal hesablı (1:0) qələbə qazanıb. Bu komandalar arasında cavab görüşü avqustun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər lenti