29 Avqust 20:49 Belçikalı futbolçu Bundesliqa rekorduna imza atdı
FUTBOL xəbərləri 29 Avqust 20:49
834 baxış

Belçikalı futbolçu Bundesliqa rekorduna imza atdı

“Volfsburq”dan “Mançester Siti”yə transfer olunan Kevin de Bruynenin transferi Bundesliqa üçün rekordla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, belçikalı futbolçunun 80 milyon avro qarşılığında İngiltərə klubuna transfer olması onu Bundesliqanı ən bahalı tərk edən oyunçu edib.

 

Daha əvvəl belə bir rekord 45 milyon avro qarşılığında “Hoffenhaym”ı “Liverpula” dəyişmiş Firmino transferində qeydə alınmışdı.

 

Qeyd edək ki, De Bruyne “Volfsburq”a 2014-cü ilin yanvarında “Çelsi”dən 25 milyon avro qarşılığında transfer olunmuşdu.

 

Belçikalı futbolçu Bundesliqada meydana çıxdığı 51 oyunda 16 qol vurub və 28 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti