7 Sentyabr 12:50 “Belə oyunla Azərbaycana da qalib gələ bilmərik” – Niko Kovaç
FUTBOL xəbərləri 7 Sentyabr 12:50
1623 baxış

“Belə oyunla Azərbaycana da qalib gələ bilmərik” – Niko Kovaç

“Məğlubiyyətə layiqik. İkinci hissənin 5 dəqiqəsini çıxmaqla, zəif təsir bağışladıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç deyib.

 

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində dünən Norveçin qonağı olan Xorvatiya yığması 0:2 hesablı məğlubiyyətlə üzləşib.

 

Matçdan sonra keçirilən mətbuat konfransında xorvatların baş məşqçisi Kovaç futbolçularından narazılıq edib: “Norveç komandasını təbrik edirəm. Onlar qələbəni bizdən çox istəyirdilər və buna da nail oldular. Arxayınlaşmaq olmaz. Bu, futboldu və hər cür nəticə qeydə alınır. Hamı kimi, mənim də məsuliyyətim var. Ancaq meydanda 11 futbolçu mübarizə aparır və onlar verdiyim hər bir göstərişi yerinə yetirməlidilər. Biz yüz faizlik oyun göstərməliyik. Bu olmasa, uğur qazana bilməyəcəyik. Belə oyunla Azərbaycana da qalib gələ bilmərik”.

 

Qeyd edək ki, Norveçlə matçdan 3 gün öncə millimizlə qarşılaşan Xorvatiya yığması qolsuz heç-heçə edib.

 

 

 

 

Xəbər lenti