25 İyul 12:07 “Belqradda göstərdiyimiz oyunu Bakıda nümayiş etdirə bilmədik”
FUTBOL xəbərləri 25 İyul 12:07
734 baxış

“Belqradda göstərdiyimiz oyunu Bakıda nümayiş etdirə bilmədik”

“Biz III təsnifat mərhələsində oynayacağımızı gözləyirdik. Düşünürdük ki, Kiprdə “Apollon”la qarşılaşacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Serbiyanın “Çukariçki” klubunun futbolçusu Nemanya Stevanoviç deyib.

 

O, Avropa Liqasının II təsnifat mərhələsinin “Qəbələ” ilə Bakıdakı oyununda qeydə alınan 0:2 hesablı məğlubiyyətə şərh verib: “Belqradda göstərdiyimiz oyunu Bakıda nümayiş etdirə bilmədik. Biz özümüzü təcrübəsiz kimi apardıq. Mərhələni ilk oyunda daha münasib nəticə əldə etməməklə uduzduq”.

 

Qeyd edək ki, öz meydanında 1:0 hesabı ilə qalib gələn serbiyalılar Bakıda 2 cavabsız qol buraxaraq mübarizəni dayandırıb.

Xəbər lenti