26 May 16:51 “Benites 99 faiz “Real”da” - menecer
FUTBOL xəbərləri 26 May 16:51
887 baxış

“Benites 99 faiz “Real”da” - menecer

Karlo Ançelotti ilə yollarını ayıran “Real”ın yeni baş məşqçisi bəlli olmaq üzrədi. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, “kral klubu”nu Rafael Benitesin çalışdırması gözlənilir.

 

Bunu yerli mətbuata açıqlamasında hazırda “Napoli”ni çalışdıran Benitesin meneceri Ernesto Bronzetti deyib. Onun sözlərinə görə, madridlilərlə danışıq yekunlaşmaq üzrədi: “Rafael Benites 99 faiz gələn mövsümdən “Real”ın “sükanı arxasında” olacaq. Demək olar ki, razılıq əldə edilib”.

 

“Real”ın prezidenti Florentino Peres də yaxın bir həftə ərzində yeni baş məşqçinin adının açıqlanacağını deyib.

 

Qeyd edək ki, Benites futbolçu kimi məhz “Real”ın yetirməsi olub və 7 il bu klubun ikinci komandası olan “Kastilya”da çıxış edib. 55 yaşlı mütəxəssisin məşqçi kimi ilk komandası da məhz “Kastilya” (1993-95) olub.

Xəbər lenti