9 Noyabr 22:23 Beş futbolçu ömürlük həbs oluna bilər – Vətənə xəyanətə görə
FUTBOL xəbərləri 9 Noyabr 22:23
2934 baxış

Beş futbolçu ömürlük həbs oluna bilər – Vətənə xəyanətə görə

Nepal milli komandasının 5 futbolçusu DÇ-2014-ün seçmə mərhələsində adları oyun alqı-satqısında hallandığı üçün məhkəmə qarşısına çıxarılıb. Apasport.az saytının xarici mətbuata istinadən verdiyi məlumata görə, futbolçular haqqında vətənə xəyanət iddiası ilə ömürlük həbs cəzası tələb olunub.

 

Ölkənin birlik və bərabərliyini zədələdiyinə görə həbs edilən oyunçuların arasında Nepalın keçmiş kapitanı Saqar Tapa, keçmiş qapıçı Riteş Tapa da var.

 

FİFA daha əvvəl də Nepal futbolunda bəzi maliyyə maxinasiyalarından şübhələnərək, yerli fubol federasiyasını istintaqa cəlb etmişdi. Bu hadisələrdən sonra Nepal Futbol Federasiyasının prezidenti Qaneş Tapa istefa verməyə məcbur qalmışdı.

Xəbər lenti