25 İyul 22:08 Beş rəqibdən dördü tanış, biri yad
FUTBOL xəbərləri 25 İyul 22:08
8904 baxış

Beş rəqibdən dördü tanış, biri yad

Bu gün keçirilən DÇ-2018-in seçmə mərhələsinin püşkü Azərbaycan yığmasının 5 rəqibini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, yığmamız bu komandalardan 4-ü ilə əvvəllər görüşüb.

 

Bunlardan 3-ü ilə qarşılaşmalar seçmə mərhələlər çərçivəsində olub.

 

“Bundestim”lə 5-ci sınaq Son dünya çempionu olan Almaniya ilə bu ölkədən olan baş məşqçi Berti Foqtsun dövründə 4 dəfə üz-üzə gəlmişik. Ardıcıl iki seçmə mərhələdə baş tutan qarşılaşmalarda 2 qol vurub, 15-ni buraxan komandamız 4 məğlubiyyətin ikisində böyük hesabla uduzmuşdu.

 

DÇ-2010

 

12 avqust 2009. Bakı. Azərbaycan - Almaniya - 0:2

9 sentyabr 2009. Hannover. Almaniya - Azərbaycan - 4:0

 

AVRO-2012

 

7 sentyabr 2010. Köln. Almaniya - Azərbaycan - 6:1

7 iyun 2011. Bakı. Azərbaycan – Almaniya - 1:3

 

İlk dəfə seçmə mərhələdə Çexiya millisi ilə seçmə mərhələlərdə qarşılaşmamışıq. Lakin elə Foqtsun dövründə bu yığma ilə beynəlxalq turnirdə üz-üzə gəlmişik. BƏƏ-də təşkil olunan matçda komandamız gözlənilməz qələbəylə özündən söz etdirmişdi.

 

Beynəlxalq turnir

 

18 noyabr 2009. Əl-Ayn. Azərbaycan - Çexiya - 2:0

 

Münasib rəqib Ardıcıl 4 DÇ-nın 3-nün seçmə mərhələsində şimali irlandiyalılar millimizə rəqib olur. Böyük Britaniya təmsilçisi ilə əvvəlki iki tsikldə oxşar ssenari yaşanıb. İlk oyunda heç-heçə qeydə alınıb, ikinci oyunda meydan sahibləri 2:0 hesabı ilə sevinib. Birinci halda Şimali İrlandiya, ikincidə millimiz meydan sahibi kimi qalib gəlib. Bu duellərdə göstəricilər eyni olsa da, yığmamız səfərdə qol vurub.

 

DÇ-2006

 

9 oktyabr 2004. Bakı. Azərbaycan – Şimali İrlandiya - 0:0

3 sentyabr 2005. Belfast. Şimali İrlandiya – Azərbaycan - 2:0

 

DÇ-2014

 

14 noyabr 2012. Belfast. Şimali İrlandiya – Azərbaycan - 1:1

11 oktyabr 2013. Bakı. Azərbaycan – Şimali İrlandiya - 2:0

 

İkiqat rəqib Norveçlə də Almaniya və Şimali İrlandiya kimi 5-ci dəfə üz-üzə gələcəyik. Lakin fərq ondadı ki, skandinaviyalılar hazırda davam edən AVRO-2016-nın seçmə mərhələsində də rəqibimizdi. Onlarla ilk 3 oyunda qol vurmadan uduzmuşuqsa, son Oslo səfəri heç-heçəylə nəticələnib. Lakin şimallılara hələ də qol vurmamışıq.

 

DÇ-1998

 

2 iyun 1996. Oslo.Norveç – Azərbaycan - 5:0

6 sentyabr 1997. Bakı. Azərbaycan - Norveç - 0:1

 

AVRO-2016

 

16 noyabr 2014. Bakı. Azərbaycan – Norveç - 0:1

12 iyun 2015. Oslo. Norveç – Azərbaycan - 0:0

 

Yeni rəqib

 

Digər rəqiblərimizdən fərqli San-Marino ilə ilk dəfə görüşəcəyik. Avropanın ən zəifi sayılan bu komandayla nəinki seçmə, heç yoxlama matçlarında da qarşılaşmamışıq.

Xəbər lenti